ƏFLATUNQədim Yunanıstanın ən böyük filosoflarından birinin adı olub, məcazi mənada “filosof, mahir həkim” mənasında işlənir. Əflatun da gəlsə, sağalda bilməz. ..Onlar hər fəziləti və şərəfi pulda görür, yoxsul, Əflatun belə olsa, onların nəzərində heçdir. A.Şaiq. // Danışıq dilində bəzən “çoxbilmiş, hiyləgər, hərif’’ mənasında işlənir.
O, yaman Əflatundur, bacarmaq olmaz. Paylaşın - Hamı bilsin
|