
ƏFŞANsif. [fars.] şair. Səpən, saçan, dağıdan, səpələyən. □ Əfşan etmək - səpmək, səpələmək, dağıtmaq, tökmək, saçmaq. Gülgun sərəndazın tazə gül kimi; Əfşan etmiş ay qabağın üstündən. M.P.Vaqif. Camalın şövqündən artıbdır dərdim; Əfşan elə zülfün ay üzə tək-tək. Aşıq Ələsgər.
Paylaşın - Hamı bilsin
|