
ƏFSUNis. [fars.] Ovsun, sehr. Bilməzəm kim, ona təlim nə əfsun etdi. Füzuli. Cadu da əlimdən bacarıb cin də qutarmaz; Əfsunuma bah-bah! M.Ə.Sabir. // Ovsun duası. ..Mədrəsə müəllimi dərs əvəzinə uşaqlara əfsun yazıb paylayır ki, ilan sancmasın. C. Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|