İzahlı lüğət

ƏFSUS

nida [fars.] Heyif, təəssüf. Yox səndə nişani-namü namus; Əfsus ki arsızsan, əfsus! Füzuli. Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyif cavanlıq! M.Ə.Sabir. [2-ci cariyə:] Nazlı məlikəmiz Südabə, əfsus! Hər sevincə qarşı kədərli, məyus! H.Cavid. □ Əfsus etmək (eləmək) - təəssüflənmək, təəssüf etmək, heyifsilənmək. Oldular ol şikardan məyus; Etdilər çox təəssüfü əfsus. S.Ə.Şirvani. Əmioğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcəyik.. C.Məmmədquluzadə. Oğlanların məktəbdən çıxarılmalarına çox əfsus edirəm. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed