
ƏFVİ-ÜMUMİ is. hüq. Ali hökumət orqanının fərmanı ilə məhkumların məhkəmə cəzasından qismən, ya da tamamilə azad edilməsi; amnistiya. Cəzanın bir qismi məşrut idi, bir qismi də əfvi-ümumiyə çıxıldı. S.Hüseyn. Mən yüzlərlə anaların ərizəsi ilə [şahın] baş vəzirinin istiqbalına çıxıb, Təbriz ziyalıları adından məhbuslara əfvi-ümumi istəyəcəyəm. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|