ƏFZƏLsif [ər.] klas. Daha artıq, daha qiymətli, daha üstün tutulan. Hər kimsənə bir şey gətirir fikrü xəyalə; Məcmudən əfzəldi mənə yar xəyalı. S.Ə.Şirvani. [Nənəcan] bir qarından ötrü ərə getməkdənsə, dul yaşamağı əfzəl bilirdi. N.Nərimanov. [Səriyyə:] Rüstəm, bunların rəhminə güvənməkdənsə, dəryada iynə üstünə minib xilas olmağa güvənmək daha əfzəldir. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|