
ƏGƏR1 bağl. [fars.] Şərt bildirən cümlənin müxtəlif yerində işlənərək şərti gücləndirir. [Orxan:] Zərər yox, onu mən sağ qoysam əgər; Dünyada yox məndən alçaq bir nəfər. H.Cavid. [Ağa:] Əgər desəm qiyamət bərpa olmuşdu, inanın. Ə.Haqverdiyev. [Dərviş:] Əgər mənim başıma gələndən xəbərin var isə, niyə məni söylətmək istəyirsən? A.Divanbəyoğlu.
Paylaşın - Hamı bilsin
|