
ƏĞYARis. [ər. “ğeyr” söz. cəmi] klas. Özgə(lər), dost olmayan(lar); rəqib(lər), yad(lar). Bu gələn yar özüdür; El-obanın gözüdür; Bu tənə sənin deyil; Bəlkə əğyar sözüdür. (Bayatı). Gül qönçəlikdə gərçi olur xarə aşina; Açsa niqabını, olur əğyarə aşina. S.Ə.Şirvani. [Məşədi İbad:] Indi mən bu tayda hambal ilə qalmışam; Yarım da o tayda əğyar ilə söhbət edir. Ü.Hacıbəyov.
Paylaşın - Hamı bilsin
|