ƏHƏMİYYƏTLİsif. Əhəmiyyəti olan; mühüm. Əhəmiyyətli məsələlərdən biri. Əhəmiyyətli iş. Əhəmiyyətli hadisə. Əhəmiyyətli qərarlar. - Bakıda başlanan işlər bütün xalqın gələcək taleyi üçün çox əhəmiyyətli idi. M.İbrahimov. Məktəbin divar qəzeti özünə görə nə qədər vacib və əhəmiyyətli olsa da, o, əlyazması halında, özü də tək bircə nüsxə çıxarılıb divardan asılır. S.Rəhimov. [Mahmudun] bu dedikləri.. əhəmiyyətli (z.) və etibarlı sayılırdı. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|