ƏHKAMis. [ər. “hökm” söz. cəmi]. 1. Hər hansı bir dini təlimin, yaxud nəzəriyyənin rəddolunmaz və mütləq yerinə yetirilməli olan əsas və dəyişməz müddəaları, qanunları. Roma hüququ əhkamları. Dini əhkamlar. - Əhkami-şərə mütabiq bir kimsənə nəzərdə varmı ki, səltənəti və təxtü tacı ona vagüzar edək. M.F.Axundzadə.
Bütün dövrlər və tarixi şərait üçün mütləq və dəyişməz qanun kimi qəbul edilən müddəa. Paylaşın - Hamı bilsin
|