ƏHLİ-SƏLİB is. [ər.] tar. XI-XIII əsrlərdə Qərbi Avropa feodallarının, katolik kilsəsinin təşəbbüsü və təhriki ilə müqəddəs torpağı, yəni Fələstini müsəlmanların əlindən qurtarmaq bəhanəsi ilə Yaxın Şərq ölkələrinə etdikləri hərbi yürüşlərində iştirak edənlərə verilən ad (döşlərinə xaç (səlib) şəklində nişan vurduqları üçün tarixdə onlara belə ad verilmişdir). Əhli-səlib müharibələri.
Paylaşın - Hamı bilsin
|