
ƏHVALİ-RUHİYYƏ is. 1. Ruhi hal, ruhi vəziyyət. Düşkün əhvali-ruhiyyə. - ..Fərdiyyətçilik və xüsusiyyətçilik əhvali-ruhiyyəsi ölməkdədir. M.İbrahimov.
2. Bir şəxsin, ya kütlənin, cəmiyyətin fikri, hissiyyatı. Ictimaiyyətin əhvali-ruhiyyəsi. - Səlim onu çox yaxşı tanıyırdı. Onun əhvali-ruhiyyəsini tam üç ay idi ki, tədqiq edir. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|