
ƏHVALLIsif. dan. 1. Yaxşı xasiyyətli, xoşagələn, deyib-gülən, xoşsöhbət. Əhvallı adam. Əhvallı kişidir. - [Müdir:] Amma əcəb də əhvallı zabit idi. H.Nəzərli.
Varlı, dövlətli, tanqahlı. Əhvallı adam. Yaşlı, hörmətli. Illər boyu silahlarını yerə qoymayan bu əhvallı qocalar deyişə-deyişə burada işləmişlər. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|