ƏHVALPÜRSANLIQis. köhn. Bir-birinin əhvalını soruşma, salamlaşıb əhvallaşma. Elə bu yerdə Kərəmin bir neçə dostu əhvalpürsanlığa gəldilər. “Əsli və Kərəm”. Salamlaşdıqdan və əhval-pürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik. Ə.Haqverdiyev. Molla bacı gülümsünürdü, qızlara xeyirdua verirdi və sonra əhvalpürsanlıq başlayırdı. Çəmənzəminli. □ Əhvalpürsanlıq etmək - bir-birinin əhvalını soruşmaq, əhvallaşmaq. Haman saat xan bir neçə mötəbər şəxsi oğlunun yanına göndərdi ki, ondan əhvalpürsanlıq etsinlər. “Əsli və Kərəm”.
Paylaşın - Hamı bilsin
|