ƏHYAis. [ər.] klas. 1. Diriltmə, canlandırma, oyatma; dirilmə, canlanma, oyanma. Nola gər əmvatü əhya versə sübhün dəmləri; Zikri-ləlindir, kim eylər dəmbədəm təkrar sübh. Füzuli.
məc. Yenidən həyat vermə, bərpa etmə, abadlaşdırıb şənləndirmə, canlandırma. Əhya etmək - yenidən həyat vermək, canlandırmaq, bərpa etmək, abadlaşdırıb şənləndirmək. Biz behiştə bərabər olan vətənimizin şərafətini əhya etməliyik. M.F.Axundzadə. // Vücuda gətirmə, təsis etmə. din. Dindar müsəlmanların gecə sübhə kimi ibadətlə məşğul olması. Əhya gecələri. - Orucluq ayının [ramazanda] 19, 21, 23-cü günlərinə əhya axşamı və ya sadəcə əhya deyərdilər. H.Sarabski. Əhya gecəsi olduğu üçün, əsil möminlər .. başlarına Quran qoyub dua oxumaqla səhəri açmaq niyyətində idilər. B.Talıblı. Paylaşın - Hamı bilsin
|