
ƏKİNÇİis. Əkin əkib biçməklə (əkinçiliklə) məşğul olan adam; cütçü. Əkinçi yağış istər, yolçu quraqlıq. (Ata. sözü). Bir əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi bir xanə. S.Ə.Şirvani. Fərmanın atası Qara kişi yaxşı əkinçi olmaqla bərabər, mahir bir dülgər idi. Ə.Sadıq.
Paylaşın - Hamı bilsin
|