
ƏKLİLis. [ər.] Çiçəklərdən və ya yarpaqlardan dairə və ya tac şəklində hörülmüş bəzək; çələng. Canlı çiçəklərdən düzəldilmiş əklil. - İrəlidə Azərbaycan aktyorları əklil aparır, bunların ardınca teatrın Şərq orkestri matəm marşı çalırdı. C.Cabbarlı. Səadət əklili ona töhfədir.. M.Rahim. Qar altında yaz gözləyən əkin kimi; Ədalətə heykəl yonsan, əklil kimi. M.Araz.
Paylaşın - Hamı bilsin
|