İzahlı lüğət

ƏKMƏK1

f. 1. Sürülmüş yerə toxum atmaq, toxum səpmək. Nə əkərsən, onu biçərsən. (Ata. sözü). [Əyyar:] Onlar səndən də güclüdür; Əkin əkir, naxır güdür.. A.Şaiq. [Haşım] əkirdi, biçirdi və hər bir ağır zəhmətlərə qatlaşırdı. B.Talıblı.
Quyu şəklində qazılmış yerə ağac, kol və s. basdırmaq. Ağac əkmək. - Bir gün əkdim miyanə; Gül sünbülə dayana; Oxu, bülbülüm, oxu; Bəlkə yarım oyana. (Bayatı). Bu gün əkdiyimiz bu qatar-qatar; Ağaclar bir zaman orman olacaq. S.Vurğun. Şair ilə Afaq .. ləklərə çiçək, yonca toxumu səpib çəpər boyu cavan ağaclar əkdilər. Ə.Məmmədxanlı.
məc. Başlanğıcını qoymaq, binasını qoymaq. İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. Ə.Haqverdiyev.
məc. dan. Döl qoymaq, törətmək. Goruna od qalansın, ay bu sarsaq kişini əkən dədə! “M.N.lətif.”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ƏH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed