ƏKS-SƏDA is. [ər.] 1. Qayalara, bina tağlarına və s.-yə toxunandan sonra təkrar qayıdan və eşidilən səs. Musiqinin əkssədası. Uğultunun əks-sədası. - Dağa dersəm, eşidir, sonra verir əks-səda; Daşa dönmüşlərə əks eyləmədi fəryadım. M.Hadi. Fəqət qamışlıqdan gələn əks-sədadan başqa bir səs eşitmədi. H.Nəzərli. [At] nə isə görüb bərkdən kişnəyir. Lakin bu kişnəmə heç bir əks-səda vermir. R.Rza. // məc. Səs, əks. Hadisələrin əks-sədası. - “Nicati-Iran” qəzeti.. işlərinizin əks-sədasıdır. M.İbrahimov. “Sevil” tamaşasının rayonlarda əkssədası daha gurultulu oldu. S.Rəhman.
2. məc. Təsir. Nədənsə bu vahiməli səsin uzaq əks-sədası beynimdən keçib məni üşütdü. R.Rza. Paylaşın - Hamı bilsin
|