İzahlı lüğət

ƏKS

[ər.] 1. is. Bir şeyin işıq şüalarının sınması nəticəsində hamar, parlaq səth, güzgü, su və s. üzərində görünən şəkli, surəti. Aynada öz əksini görmək. Suda öz əksini görmək. Dəniz üzərində ulduzların əksi görünürdü. Mağazanın qabağından keçənlər aynalı vitrinlərdə öz əkslərini görürdülər. □ Əks etmək - hamar və parlaq səth üzərində inikas etmək. Qüruba doğru enən günün şüaları suya əks edərək qəribə rənglərə çalırdı. M.Hüseyn. // məc. İnikas, güzgü. Batinin əksidir fəqət zahir. H.Cavid.
is. Səsin bir yerə dəyib geri dönməsi. Elə dərələr vardır ki, bir səs çıxaranda dörd
əks alırsan. - Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və barigahın imarətlərindən əksi təkrar tapdı. M.F.Axundzadə. Əks etmək - 1) qaytarmaq. Çıxır dağ döşünə körpə quzular; Tərlanın səsini əks edir sular. S.Vurğun; 2) yayılmaq. Ənisənin şöhrəti yavaş-yavaş öz oxuduğu məktəbin divarlarından dışarı çıxaraq başqa məktəblərə də əks etmişdi. S.Hüseyn.
is. Şəkil, fotoşəkil. Sitarənin xəyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Çəmənzəminli. □ Əksini almaq dan. fotoşəklini çəkmək.
sif. Tərs, inad, höcət. Çox əks adamdır, dediyindən əl çəkmir.
sif Zidd, tərs. Bunun tam əksi. Yalan doğrunun əksidir. Əks fikir. Əks nəticə. Əks mənada başa düşmək. Əks istiqamət. - [Şeyx Nəim:] Batinin əksidirfiəqət zahir. H.Cavid. [Şəmsiyyə:] Bunun əksini iddia edən bir qadına inanma, xalaoğlu! M.İbrahimov.
□□ Əks etdirmək - əyani surətdə göstərmək, ifadə etmək. Dövrümüzü əks etdirən əsərlər, filmlər. Vəziyyəti olduğu kimi əks etdirmək. Əsər həqiqi mənzərəni yaxşı əks etdirir. - Cabbarlı günlərlə igid Babəkin xəyalı ilə yaşamış, bu böyük şəxsiyyətin surətini bədii bir əsərdə əks etdirməkfikrinə düşmüşdü. M.Arif. Xalq mahnıları xalqın ta qədim zamanlardan bu günə qədər olan tarixini bədii surətdə əks etdirir. Ə.Bədəlbəyli. Əks olunmaq - əyani surətdə göstərilmək, ifadə edilmək. “Muğan” dastanımda əks olunmadı; O yerdə gördüyüm gözəl bir səhnə. S.Vurğun. Bəzi mühərrirlərin xırda burjua mütərəddidliyi, ictimai hadisələrin anlayışdakı məhdudluğu jurnalın səhifiələrində əks olunmaya bilməzdi. M.İbrahimov. Əks təqdirdə (surətdə) - nəzərdə tutulduğu, deyildiyi, göstərildiyi kimi edilmədikdə, onun əksinə, ziddinə olsa, əgər belə olmasa, ayrı cür olsa, əksinə hərəkət edilsə, yoxsa. Bir az gözləyin, əks təqdirdə mən sizinlə gedə bilməyəcəyəm. - [Müəllim] axırda belə dedi: - Əks surətdə rəftarım tamamilə başqa cür olacaqdır. C.Cəbrayılbəyli. (Öz) əksini tapmaq - b a x əks olunmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ƏL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed