
ƏKSƏR sif [ər.] Ən çox, lap çox, həddən ziyadə, ümumiyyətlə. Əksər hallarda (çox hallarda). - Gərçi var iş qanan kişi tək-tək; Əksəri-xalq əvamdır, bişək. S.Ə.Şirvani. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyiryaxşı. C.Məmmədquluzadə. // Təsirlik halda: əksəri - çoxu, çoxusu, əksəriyyəti. Camaatın əksəri. Tələbələrin əksəri yaxşı oxuyur. - Bu gün kəndlilərin əksəri işə çıxmamışdı. T.Ş.Simurq. Dağların hərəsi bir rəng çalır, çünki bunların eləsi var ki, meşələrlə örtülüblər, amma dağların əksəri lütdürlər. C.Məmmədquluzadə. [Sultan:] ..Tiflisdə və qeyri yerlərdə oxumuş qızların əksəri məişətə və zindəganlığa bu təhər baxırlar. N.Nərimanov.
Paylaşın - Hamı bilsin
|