
ƏKSƏRİYYƏTis. [ər.] Çoxluq, ən böyük hissə. Böyük əksəriyyət. Camaatın əksəriyyəti. Əksəriyyət etibarilə. Adamların əksəriyyəti bu cür geyinir. Səsvermədə əksəriyyət iştirak edirdi. - [M.Qorkinin] əsərlərinin əksəriyyəti isə elə bir həyat materialıdır ki, onları dəfələrlə oxuyur, hər oxuduqca yeni cəhətlər kəşf edirsən. R.Rza. Əksəriyyəti təşkil edən yerli ziyalılar da sevinirdilər. Mir Cəlal. // Səs çoxluğu. Təklif əksəriyyətlə (z.) qəbul olundu.
Paylaşın - Hamı bilsin
|