
ƏL-ƏLƏ zərf 1. Bir-birinin əlindən tutaraq. Əl-ələ oynadılar. Əl-ələ yerimək.
2. Birgə, bir yerdə, həmrəycəsinə, dostcasına. Əl-ələ işləmək. Əl-ələ çalışmaq. □□ Əl-ələ, baş-başa - haqq-hesabı qurtarma, alış-verişi və ya hər hansı bir işdən, oyundan və s.-dən həm ziyansız, həm də qazancsız çıxma. [Məşədi Möhsün:] Deməli, bir kasa da qaymaq gəlsə, əl-ələ, baş-başa çıxırıq. Mir Cəlal. Əl-ələ vermək - birbirinə kömək etmək, köməkləşmək, birlikdə çalışmaq. Əl-ələ verib işləmək. - Qız xoşbəxt, oğlan xoşbəxt - ikisi də əl-ələ verib şad və xürrəm .. ömür sürürdülər. Çəmənzəminli. [Sara:] Sən ac, mən də ac, gedək, bir guşeyi-xəlvətdə əl-ələ verib işləyək, yaşayaq. C.Cabbarlı. Həmin gecə Əkbərlə Ayaz əl-ələ verib şəhərdən qaçdı. Mir Cəlal. Ələlə tutmaq - b a x əl-ələ vermək. Paylaşın - Hamı bilsin
|