İzahlı lüğət

ƏL-QOL

is. Əllər və qollar. Əl-qolunu çırmalamaq. - [Zənci:] Zəncirlə bağlıdır mənim əl-qolum. S.Vurğun. □ Əli-qolu açılmaq - geniş fəaliyyət göstərməyə imkan tapmaq, maneələrdən azad olmaq. Amma ərə gedəndən sonra .. [Tükəzbanın] əli-qolu daha da açıldı və gəzib dolanmağı daha da artdı. B.Talıblı. [Pəri:] Hər halda Sara öldü, əlim-qolum açıldı. C.Cabbarlı. Əli-qolu bağlanmaq - hərəkət azadlığından məhrum olmaq, heç bir şey edə bilməmək. Əl-qol açmaq - bax əli-qolu açılmaq. Yenə ayağa qalxıb əl-qol açdı və süzə-süzə Beyrəyə sarı gəlməyə başladı. M.Rzaquluzadə. Əl-qol atmaq - 1) çapalamaq; 2) həyəcanla, əsəbi halda danışmaq, əl-qolunu oynatmaq, özündən çıxmaq. Nə əl-qol atırsan? - [Səfər:] O yan-bu yana əl-qol atma, ay Xəlil. S.Rəhman. Kitabsatan bunları elə ucadan deyir, elə qəzəblə əlqol atırdı ki, dalaşmağa adam axtardığını güman etmək olardı. Mir Cəlal. Əl-qol ölçmək - əl-qolunu oynatmaq. Rəhim bəy səbir edə bilməyib əl-qolunu ölçərək qışqırdı. M.Hüseyn. [Mirzə Şəfi] əl-qolunu ölçərək ifadəsini şiddətləndirirdi. Mir Cəlal. Əl-qolu gəlməmək - həvəsi gəlməmək, istəməmək. Əl-qolu gəlməyən, çəkilib matməəttəl qıraqda dayanan da olurdu. Mir Cəlal. Əl(ini)-qolunu bağlamaq - sərbəst hərəkət imkanından məhrum etmək, fəaliyyət göstərməsinə imkan verməmək. [Gülnisə:] ..Əvvəl çalışıb, Pərini Bəhrama verib əl-qolunu bağlamaq lazımdır. C.Cabbarlı. Sözün açığı budur ki, intriqa, çəkişmə, şəxsiqərəz sizin əl-qolunuzu bağlayıb işləməyə imkan vermir. “Kirpi”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed