İzahlı lüğət

ƏL

is. 1. Qolun biləkdən dırnaqlara qədər olan hissəsi. Əli ilə tutmaq. Sağ əl. Əllərini yumaq. Əlini çiyninə qoymaq. Əli ilə sığallamaq. Əli ilə götürmək. Insan işlərinin çoxunu əlləri ilə görür. - Tək əldən səs çıxmaz. (Ata. sözü). Əfsus ki, qocaldım ağacım düsdü əlimdən; Səd heyif cavanlıq! M.Ə.Sabir.
Bəzi heyvanların qabaq ayaqlarının hər biri. Meymunun əlləri adam əlinə oxşayır. Pişik əlləri ilə üzünü yuyur.
Dəfə, kərə, yol (adətən saylarla). Bircə əl oynayaq. - Bu əsnada yaxında dörd-beş əl şiddətli tapança atılır. H.Cavid. Iki əl səpdikdən sonra çuxasının ətəyini silkələyərək gəlib cütün dəstəsindən yapışdı. S.Rəhimov.
İştirak, əlaqə. □ Əli ilə - vasitəsilə, köməyi ilə. Başqasının əli ilə iş görmək. Əli olmaq - iştirakı, müdaxiləsi, əlaqəsi olmaq. Bu işdə onun da əli var. Bilirsənmi, yoldaş Tərlan, burada sinfi düşmənlərin əli var. M.Hüseyn.
Əlində, əlimdə və s. - malikiyyət, ixtiyar, iqtidar, idarə, sərəncam, asılılıq mənasında. Bu iş mənim əlimdədir. □ Əlində olmaq - 1) imkanı, ixtiyarı, bacarığı, iqtidarı dairəsində olmaq. Gəncləşmək [Muradın] əlində deyildi. Onu təbiət qocaltmışdı. S.Hüseyn; 2) ixtiyarında, hakimiyyətində, sərəncamında, asılılığında, idarəsində olmaq. Əllə görülən işdə məharət, bacarıq mənasında. Cərrahın əli ağırdır. Rəssamın gözəl əli var.
Növbət, sıra. Əl kimdə isə oynasın. Indi mənim əlimdir.
Tərəf, yan. Sağ əldə oturmaq. Sol əldəki mağazaya getdim. - Qazmaçı Kərim .. yolun sağ əlində yamacdakı birmərtəbəli, uzunsov evdə yaşayırdı. M.İbrahimov.
...əlindən şəklində işlənərək səbəb bildirir. Iş əlindən macal tapmır. Adam əlindən gəzməyə yer yoxdur. - Hicr əlindən pərişanam yüz ildi. Q.Zakir. Çala-çuxur əlindən maşınlara gün yox idi. Ə.Əbülhəsən.
Çıx. halında: əldən zərf- 1) tez, cəld, gözləmədən, qaçaraq, əlbəəl. Əldən birpapiros al! Əldən beş manat verdi; 2) mağazadan yox, əldə satandan. O, əldən bir samovar aldı.
Yerl. halında: əldə - 1) mövcud, faktik. Əldə olan məlumata görə. - Kömək etmək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq .. insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi; 2) riyaz. Yadda, fikirdə, nəzərdə, xatirdə. Iki yazırıq, bir əldə.
Bir çox mürəkkəb alət və s. adlarının birinci tərkib hissəsi olub, onların kiçik, əllə, ya əldə işləndiyini göstərir; məs.: əl arabası, əl mişarı, əl fənəri, əl tərəzisi, əl pulemyotu. Əldə böyüdülmüş, ələ öyrədilmiş, əhliləşdirilmiş mənasında heyvan, quş adlarının əvvəlinə gətirilir; məs.: əl toğlusu, əl tulası, əl göyərçini.
□□ Əl açmaq - 1) əl qaldırmaq, əllərini işə salmaq, zor işlətmək. ..Inşaallah, bizi görən kimi yükləri töküb qaçacaqlar, qaçmasalar, əl açsalar - hamısını xingal kimi doğrayacağam. M.F.Axundzadə; 2) müraciət etmək, istəmək. Işdir, gedib qulluq tapmadım, kəndə qayıtmağa da pulum olmadı, onda kimə əl aça bilərəm? M.Hüseyn. // Yalvarıb xahiş etmək, dilənmək. Eşqin əsiri olmayın; Əl açıb, boyun burmayın. Aşıq Hüseyn. Əl ağacı - yeriyərkən söykənmək üçün əldə tutulan nazik ağac. Əl ağacı adama əyri görünər. (Ata. sözü). [Qərənfil xala] bucaqdakı əl ağacı ilə qapını örtdü. Ə.Vəliyev. Əl altında hazır, amadə. Əl altında saxlamaq;
yanında, rəhbərliyi altında. [Xavəri] evlərinə atasının əlinin altında işləməyə aparmışdı. M.İbrahimov. Əl altından çıxmaq - ustanın əli altında öyrənərək təcrübə hasil etmək. Əl aparmaq - əl uzatmaq, əl atmaq. [Axund:] Axı, belə müsəlmançılıq olmaz, .. axır qurana da əl apardın? C.Cabbarlı. Əl atmaq - 1) girişmək, təşəbbüs etmək. O, hər işə əl atır. - Düz deyirsən, əmi, bu peşəyə təzə əl atmışam, .. özüm aqronomam. “Kirpi”; 2) istifadə etmək, tətbiq etmək, müraciət etmək. Ciddi tədbirlərə əl atmaq. - Mürtəcelər demokratik hərəkatı ləkələmək və pozmaq üçün hər cür iftira və fitnə-fəsada əl atırlar. M.İbrahimov; 3) əlini uzatmaq. Əl atıb götürdü. Əl atıb cibindənpapiros çıxartdı. [Yaşlı kişi:] Iki saatdan bəri min müşkülatla
doldurduğum səbətə [Şirinnaz] əl atıb onu qaldırmaq istədi. S.Hüseyn. // Əlini uzadıb götürmək. Ancaq mən Eldarın könlünə dəyməmək üçün daha tüfəngə əl atmadım. M.Rzaquluzadə; 4) sataşmaq, təcavüz etmək istəmək. [Məşədi Qədir:] Bəli, yoldaşlar, ərz eləyirəm ki, bizim namusumuza əl atıblar. T.Ş.Simurq. Gördüm ki, əl atır bir zabit qıza. M.Rahim; 5) birini buraxıb o birisindən yapışmaq, başlamaq. ..Bu məktəbdən çıxıb, o məktəbə girib, bu rayondan üzülüşüb, o biri rayona əl atıb. S.Rəhman. Əl ayası - ovucun içindəki düz yer. Əl bağlamaq - hazır durmaq. Əl basmaq - and içmək. O, ürəyinə əl basıb söz verdi. Əl boyda - çox kiçik, lap balaca, bir qırıq. Əl boyda kağız. - Hər dəfə əl boyda qəbzlərə, ya dilucu tapşırığa, anbar açdırıb taxıl buraxanacan Gəldiyevin canı boğazına yığılırdı. Mir Cəlal. Əl bulamağına dəyməz - dəyərsiz, lüzumsuz, faydasız, heç bir xeyir gözlənilməyən şey haqqında. Əl cəldliyi - cəldlik, əldən itilik, əl itiliyi. Əl cəldliyi cərrah üçün vacib şərtdir. Əl çalmaq - 1) alqış əlaməti olaraq əllərini biri-birinə çırpmaq, alqışlamaq. Artistə hamı əl çaldı. Oynayanlara əl çalmaq. - Həyətdə palaz döşənib samovar qoyulmuşdu. Mollabacı mis ləyəni dınqıldadıb oxuyurdu, mütəəllimələr də əl çalırdılar. Çəmənzəminli. ..Fəhlələr müdiriyyət tərəfindən “intizamı “ qorumaq üçün əvvəlcədən görülən tədbirlərə baxmayaraq, dəzgahların başındaca durub əl çalır. M.İbrahimov. Hamı irəli boylanaraq əl çalırdı. Ə.Məmmədxanlı; 2) sevinmək. Ağlama, dəli könlüm; Düşmən görər, əl çalar. (Bayatı). Əl çatmaq - əldə edilməsi mümkün olmaq, ələ gəlmək. Əl çəkmək - 1) buraxmaq, boşlamaq, əlaqəni kəsmək. Hacı Sultan ticarətdən tamamilə əl çəkib iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi. S.Hüseyn; 2) vərdiş etdiyi bir şeydən imtina etmək, daha etməmək, buraxmaq, tərk etmək. Papirosdan əl çəkmək. Pis adətlərdən əl çəkmək. - [Heydər bəy:] Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər bəydir! Əyər o əl çəkə, ölkə farağat olar. M.F.Axundzadə; 3) vaz keçmək, imtina etmək. Öz məqsədindən (fikrindən) əl çəkmək; 4) keçmək. Ay dəmdəməki, sən .. necə qorxmadın, o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? C.Məmmədquluzadə; 5) üz döndərmək, daha özününkü hesab etməmək, dönmək, əlaqəsini kəsmək. Öz ata-anasından əl çəkmək. Öz övladından əl çəkmək; 6) rahat buraxmaq, əl götürmək, yaxasını buraxmaq. Axır ki, hərif bizdən əl çəkdi. - Rüstəm bəy: - Məhəmmədəli, səni and verirəm atanın goruna, məndən əl çək! C.Məmmədquluzadə. Bu sirri öyrənməmiş onun yaxasından əl çəkməyəcəyik. M.Hüseyn; 7) b ax əl qoymaq 2-ci mənada. Qoca qarı uşağın başına əl çəkdi. Əl çirki - pula ikrah və etinasızlıqla verilən ad. [Məşədi:] Pul deyəndə, əl çirkidir, rəhmətlik ilə duz-çörək yemişik. Ə.Haqverdiyev. Əl çırpmaq- b ax əl çalmaq. Əl dəymək - əl vurmaq, toxunmaq. Bu eldə bir dənəyəm; Əl dəymə, pərvanəyəm; Yarım gedib səfərə; Dərdinnən divanəyəm. (Bayatı). [Qərib:] Üç gözəlin biri bizə qohumdur; O birisi əl dəyməmiş qovundur. “Aşıq Qərib”. Sal dəmiri kürədə qızdırıb gavahının burnundan çiyninə kimi elə yapışdırdı ki, baxanda deyərdin, əl dəyməyib.. S.Rəhimov. Əl eləmək (etmək)
1) çağırmaq əlaməti olaraq əlini yelləmək, əli ilə işarə edib çağırmaq. O, əl elədi, mən yanaşdım. - [Mirzə Səfər] dönüb gördü ki, o səsləyən Həsən ağadır, tacir Hacı Qulunun dükanında oturub oradan əl edir. Ə.Haqverdiyev; 2) xudahafizləşmə əlaməti olaraq əlini yelləmək. [Tahir] ..qıza əl elədi və sürətlə uzaqlaşdı. M.Hüseyn. Bizim dərya könlümüzdə Vətən eşqi var; Sür gəmini, qoy sahildən əl eləsin yar. Ə.Cəmil. Əl əməyi (zəhməti) - əllə görülən iş. Əl əməyini yüngülləşdirmək. Əl əsası məc. dayaq, söykənəcək. Gözəl bir qız sevib almaq, qocalığın əl əsasıdır, - dedi. A.Şaiq. Əl əti məh. - evdə kəsilən heyvanın əti. Əl gəzdirmək - 1) əllə bir şeyi nizama, səliqəyə salmaq, yaxud pozmaq, qarışdırmaq. Bu kitablara yenə kim əl gəzdirib, heç biri öz yerində deyil. - Xankişi stullara əl gəzdirməyə başladı. Hamını növbə ilə bir arvad, bir kişi düzdülər. Mir Cəlal. // Araşdırmaq, əlləşdirmək; 2) üzərində bir qədər
işləmək, düzəltmək. Əlyazmasına bir əl gəzdirmək lazımdır; 3) oğurlamaq, soyub aparmaq. Evinə yaxşıca əl gəzdirdilər. Qalxdı hirslə ayağa; Soyğunçular adətincə əl gəzdirdi otağa. Ə.Cəmil. Əl gəzmək - əl toxunmaq, əl dəymək. Aşıq Ələsgər məsti aldı. Baxtı gördü ki, zalım oğlu elə tikib ki, elə bil heç üstündə əl gəzməyib; iki göz gərək tamaşa eləyə. “Aşıq Ələsgər”. Əl götürmək - b a x əl çəkmək. Mərd olanlar keçər külli varından; Əl götürməz namusundan, arından. M.V.Vidadi. [Mirzə Turab:] ..Əlləşdim, vuruşdum, çox zəhmət çəkdim, amma siz yenə cəhalətdən əl götürmədiniz. Talıblı. [Şamama Cadu:] A gədə, itil cəhənnəmə, yaxamdan əl götür! Ə.Haqverdiyev. Yasəmən onun evindən əl götürmək, yorucu əzabdan qurtarmaq istəyirdi. Mir Cəlal. Əl ilişdirmək - bir işlə məşğul olmağa başlamaq. Əl işi - maşın vasitəsilə deyil, əllə görülən iş, əl vasitəsilə hazırlanan şey. Kurs, klub, əl işi, zəhmət nə demək, can nə demək? On beş arşın güllü çitdəndi tumanım, çadra! Ə.Vahid. Əl kiri
b ax əl çirki. Əl kölgəliyi - vaxt, imkan. [İbrahim bəy:] ..Gəldilər mənim yanıma ki, bəy, Allah xatirinə, bizə bir əl kölgəliyi ver, gedək Camal bəyin yanına. N.Vəzirov. Əl qaldırmaq (qalxızmaq) - 1) kimisə vurmağa təşəbbüs etmək. Heç kəs sənə əl qaldıra bilməz. - [Kəndlilər:] Qulamhüseyn bəyə də əl qalxızmaq olarmı? Hüseynqulu bəyi də həbsə almaq olarmı? B.Talıblı. Bu .. nə qiymətli adamdır ki, onun üstündə əziz qardaş mənə əl qaldırdı? S.Rəhman; 2) səsvermə zamanı əlini qaldırmaqla lehinə səs vermək. O, yerli komitəyə seçiləndə mən ona əl qaldırmışam; // əlini qaldırmaqla lehinə, ya əleyhinə səs vermək. Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq çətin idi. Mir Cəlal. [Səfərəli:] Kim tətil tərəfdarı isə, əlin qaldırsın. H.Nəzərli; 3) təslim, tabe əlaməti olaraq əlini və ya əllərini yuxarı qaldırmaq;
dua etmək; 5) əlini qaldırmaqla söz istəmək. ..Solmaz əlini qaldırıb söz istədi. S.Rəhimov. Əl qatmaq - 1) qarışmaq, məşğul olmaq, işə qarışmaq. Yüzbaşının ayağına buxov vuran kimi, bizə də əl qatarlar. Ə.Haqverdiyev. Bu adam fağır-məzlumun birisi olmasa, heç əl qatmaram. Mir Cəlal. Hər bir işə əl qatdı, mürüvvət götürüldü! Millətdə olan büsbütün adət götürüldü. M.Ə.Sabir; 2) yapışmaq. Nə bilim Zalxa dua yazdıracaq at nalına; Tazə arvad da bunun əl qatacaqdır yalına.. Ə.Nəzmi. Əl qoymaq - 1) razı olmaq, razılığını bildirmək. [Hacı Mehdi:] Əgər bu işə əl qoyacaqsan qoy, qoymayacaqsan onu de.. Ə.Haqverdiyev; 2) mövhumata inanan şəxslərin duazikr etməklə adamın (xüsusilə bərk qorxmuş adamın) başına əl çəkmək şəklində icra etdikləri dini ayin. Çox adam əhlü əyalın aparıb qoydurub əl; Xalq hərçənd deyir özgə təhər böhtanı. S.Ə.Şirvani. Əl mənim, ətək sənin - yalvarış ifadəsi. Atım, tutum alma, yar; Evdə yalqız qalma, yar; Əl mənim, ətək sənin; Nəzərindən salma, yar. (Bayatı). Əl ovuşdurmaq - peşman olmaq, məyus olmaq, çaşmaq. Əl ovuşdurmaqdan nə çıxar, indi çalış, bundan sonrasını düşün. Əl oyunu - idmanın tennis, voleybol, basketbol və s. kimi əllə oynanılan növlərindən hər biri. Üç gündür ki, mərkəzi əl oyunları stadionunda əltopu üzrə Bakı məktəbliləri arasında birincilik yarışları keçirilir. (Qəzetlərdən). Əl saxlamaq - toxtamaq, dayanmaq, icra etmək istədiyi işi, hərəkəti dayandırmaq. Qoy musiqi dilə gəlsin, çağlasın; Uzun sözə qıfıl vurub bağlasın; Kim bacarmır çalmasın, əl saxlasın. R.Rza. Bu uğursuz niyyətinlə bir əl saxla, sən bir dayan. N.Rəfibəyli. Qardaş oğlanları, yeməkdən əl saxlamayın. M.Rzaquluzadə. Əl satışı xüs. - əldən satış, malı əldən satma; apteklərdə reseptsiz satış. Əl sıxmaq - əl verərək görüşmək, salamlaşmaq. Əl sıxmaq, qucaqlaşmaq və öpüşmək bitdikdən sonra .. yoldaşları ilə birlikdə .. şayiələri müzakirə üçün çağırılmış iclasa getdi.. M.S.Ordubadi. Əl suyu - Şərq adətincə yeməkdən qabaq əlləri yumaq üçün qonağa təklif edilən su. Yemək xonçaları aralığa gəlmədən əl suyu verdilər. M.S.Ordubadi. [Pərzad xala] bişirdiyi xörəyin şirin yeyilməsindən bildi ki, o, hər şeydə naşı olsa da, əl suyu verməklə aş bişirməkdə ustadır. Mir Cəlal. Əl tapmaq üstün olmaq, qalib gəlmək. Əl ki tutmur yazam, əl tapmaqda; Qələmə, ya davata, bilməyirəm. Şəhriyar. Əl tərpətmək - 1) işi yubandırmamaq üçün tələsmək, cidd-cəhd göstərmək, daha cəld işləməyə başlamaq. Bircə əl tərpət, bu işlərə bir əncam ver. Ancaq biz bu məsələ ilə əlaqədar olan yoldaşları inandırırıq ki, bir az əl tərpətsələr, bu iş nəinki əlli il, heç əlli saat da qalmaz. “Kirpi”; 2) vurmağa hazırlaşmaq, vurmaq istəmək, əl qaldırmaq. Əl toxundurmaq qarışmaq, müdaxilə etmək. Əl toxundurmağa dəyməz. Əl tutmaq - 1) əllərini birbirinə verməklə görüşmək. [Cavad] sonra da ev yiyəsi ilə əl tutaraq əlavə etdi: - Mənə göstərdiyiniz qonaqpərəstliyə dərindən təşəkkür edirəm. Ə.Vəliyev; 2) razılığa gəlmək, razılaşmaq əlaməti olaraq bir-birinə əl vermək; 3) yardım etmək, maddi kömək etmək, borc vermək. Əl tutanın əlindən tutarlar. (Ata. sözü). Bəzirgan Əhməd gəlib bunlara əl tutmaq üçün pul verdi. “Aşıq Qərib”. Ancaq o, darda qalana .. əl tutar, sonra isə bir verdiyinə beş alardı. S.Rəhimov. Varlı qohumlarımdan heç biri belə dar gündə mənə əl tutmadı. C.Cəbrayılbəyli. Əl tutuşmaq - bax əl tutmaq 1-ci mənada. Tahir onunla əl tutuşanda qocanın elə bil barmaqlarında toplanmış qüvvətini çox yaxşı hiss elədi. M.Hüseyn. Əl uzatmaq - 1) almağa, ələ keçirməyə, əldə etməyə təşəbbüs etmək. Başqasının şeyinə əl uzatmaq; // götürmək üçün əlini uzatmaq; // şüru etmək, başlamaq. Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın: çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə. Uşaq xörəyə də əl uzatmadı. Mir Cəlal; 2) sataşmaq, namusuna toxunmaq istəmək, əl atmaq. [Vəzir:] ..Günün günortasında mənim kimi kişinin evinə giribdir ki, övrətimə əl uzatsın. M.F.Axundzadə; 3) kömək istəmək, kömək diləmək, kömək üçün birisinə müraciət etmək. Başqasına kömək üçün əl uzatmaq;
kömək etmək, yardım etmək, kömək əli uzatmaq. Əlacın olanda el üçün ağla; Yoxsula əl uzat, nəzarət eylə! Aşıq Şəmşir;
girişmək, başlamaq. [Mozalanbəy:] Sən elə məsələlərə əl uzatma. Ə.Haqverdiyev. Əl üstündə əl var - hər adamdan daha güclü adam var. Əl üstündə kimin əli Azərbaycan xalq oyunlarından birinin adı. Əl üzmək - ümidini kəsmək, daha gözləməmək. Əzizim gedər, qalmaz; Axar su gedər, qalmaz; Vəfalı əlin üzməz; Vəfasız gedər, qalmaz. (Bayatı). Vidadi ortaboylu, çalsaqqal, .. çox dindar və dünyadan əl üzmüş bir adam idi. Çəmənzəminli. Üç aydır ki, ormanların arasında yataraq; Əl üzmüşdür vətənindən, millətindən Gəray bəy. S.Vurğun. Həmin vaxtdan əl üzmüşdü hamı buruqdan. Ə.Cəmil. Əl verir - bəsdir, yetər, kifayətdir. Əl verir, başqa söz danış. Əl vermək əl-ələ tutmaqla görüşmək. Onlar birbirlərinə əl verdilər. - Rast gəlir yenə də dostlar, tanışlar; Görüşür, əl verib öpüşürük biz. S.Vurğun; 2) işə yaramaq, xeyirli olmaq, əlverişli olmaq. Bu iş ona əl vermir.
Bahəm söhbət edə-edə gedərik. Təklik mənə də əl verməz. Ə.Haqverdiyev; 3) üz vermək, baş vermək, olmaq. Peşmançılıq əl verdi. Yorğunluq əl verdi. - Koroğluya yalqızlıq əl vermişdi. “Koroğlu”. Qeyrət mənə əl verib, bir dəqiqə çəkməyib, Teymur ağanı çəkdim pişləngə. M.F.Axundzadə. Əl vurmaq - 1) toxunmaq, dəymək. Hər şeyə əl vurur. Kitablara heç əl vurmamışam. Bağında bax narınca; Əl vurma saralınca. (Bayatı); 2) qarışmaq, girişmək, toxunmaq, müdaxilə etmək. Sən bu işə əl vursan, mən qarışmayacağam; 3) əl çalmaq. Əl vurun, cərgə durun; Sonadır, yaylağa gəlir. Aşıq Nəcəf. Döyüşçülər ayağa qalxaraq əl vurur: - Xalqımıza bizim təşəkkür və salamımızı yetirin! - deyə qışqırırlar. M.İbrahimov; 4) b a x əl basmaq. Gülzarına Quran deyə əl vurdum; Inanmadın niyə, gülmədin yəni. Ə.Cavad. Əl yaylığı - əl, burun silmək üçün cibdə gəzdirilən kiçik yaylıq. Cibindən əl yaylığını çıxarıb tərini sildi. Əl yeri - müraciət etmək, sonradan məsələyə qayıtmaq, yenidən danışıq aparmaq üçün vasitə, bəhanə. O, təklifi rədd üçün yenə bir əl yeri saxladı. - Bircə düyün, yapışmağa bir əl yeri; Bir anlığa səni, səni xilas üçün; Tapılmadı. M.Araz. Əl yetirmək - kömək etmək. Ay qadaşlar, mənə bir əl yetirin; Yüküm ağırdı, çata bilməyirəm. Şəhriyar. Əl yetmək - b a x əl çatmaq. Göyərçin havadadır; Əlyetməz, yuvadadır. (Bayatı). Əl(lər)i duada din. - dua oxumaq məqsədi ilə əllərini qaldırmış halda. Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. C.Məmmədquluzadə. Əl(lər)ini döşünə qoymaq - ehtiram, yaxud razılıq əlaməti olaraq əllərini döşünə qoyub təzim etmək. Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına təzim edib ədəblə durdu. Ə.Haqverdiyev. Əl(lər)ini qaldır! - “tabe ol! təslim ol!” mənasında düşmənə əmr. Əldə bəhanə etmək - əsaslanmaq, bəhanə etmək. ..Şəriəti əldə bəhanə edib, biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. C.Məmmədquluzadə. Əldə bəsləmək - ev şəraitində, əldə saxlamaq, ələ öyrətmək, əhliləşdirmək. Bu ayı meşə ayısı deyil, əldə bəslənmiş ayıdır. S.S.Axundov. Əldə böyümək - ev şəraitində, ailədə tərbiyə almaq, böyümək. Bəy, eyib olmasın soruşmaq, əldə böyümüsüz, yoxsa meşədən tutulmusunuz? N.Vəzirov. Əldə etmək - bir şeyə nail olmaq, ələ keçirmək, tapmaq, qazanmaq. İmkan əldə etmək. - [Yaşlı kişi:] Münasib bir fürsət əldə edincə bu arzumu anama açacaqdım. S.Hüseyn. Zabit nə qədər axtarmışdısa, vəsiqə adlı bir parça kağız əldə edə bilməmişdi. M.S.Ordubadi. Əldə gəzdirmək həddindən artıq əzizləmək. Əldə qoymaq
üzdə, əl çatan yerdə qoymaq, əl altında, hazır vəziyyətdə saxlamaq. Gedəndə açarı əldə qoy. Əldə ölmək - 1) öldürülmək. Çillə gərək şəhid qəbri üstündə, yəni əldə ölmüş bir adamın qəbrinin üstündə kəsilsin. Ə.Haqverdiyev; 2) başqalarının əhatəsində ölmək. Əldə saxlamaq - 1) bax əldə bəsləmək; 2) əldən verməmək, özü üçün saxlamaq. [Tın-tın Musanın oğlu:] Bəlkə bir növlə dükanımızı əldə saxlayaq. Kim kimədir? Qantəmir; 3) gələcəkdə lazım ola biləcək bir şəxsi hörmətlə, yaxud naz və arzusu yerinə yetirilməklə öz tərəfinə çəkmək. Min dəfə sənə deyirəm, maymaq böyükləri əldə saxla, adamın olsun. Mir Cəlal. Əldən almaq - 1) ələ keçirmək, sahib olmaq, yiyələnmək, ixtiyarına almaq. Bütün hakimiyyəti ələ almaq; 2) öz iradəsinə tabe etmək, öz tərəfinə çəkmək. [Sona] bir az da yanaşır və onu ələ almaq istəyir. H.Nəzərli. Əldən buraxmaq - 1) fürsəti qaçırmaq, ötürmək; 2) əl çəkmək, boşlamaq; 3) qaçırmaq, qaçmağına imkan vermək. Gözətçi həmsöhbətini əldən buraxdığına təəssüfləndi və papiros eşib balaca müştüyünə keçirdi. İ.Şıxlı. Əldən çıxarmaq - 1) bax əldən qaçırmaq; 2) köhnəltmək, üzmək, dağıtmaq. Kostyumlarını geyib əldən çıxarmaq;
bir işi görüb qurtarmaq, tamamlamaq. Tut ağacın darama; Əldən çıxar barama; Halal zəhmətlə gələr; Haram gedər harama. (Bayatı). Əldən çıxmaq - 1) qeyb edilmək, itirilmək, yox olmaq. Var-dövlət əldən çıxdı. - Doğrudan, uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə; 2) köhnəlmək, yıpranmaq, əldən düşmək. Paltarı lap əldən çıxıb; 3) aradan çıxmaq, qaçmaq, əkilmək, ortadan yox olmaq. [Qasım kişi:] Bala, bir az qıvraq qaçın, əldən çıxın.. C.Məmmədquluzadə; 4) qayrılmaq, hazırlanmaq, istehsal edilmək. Əldən çıxmış məhsul. Bu qab yaxşı əldən çıxıb. Əldən düşmək - 1) zəifləmək, haldan düşmək, üzülmək, halsızlaşmaq. O qocalıb lap əldən düşübdür. Uşaq qaçmaqdan əldən düşdü. - Anası bilər, bir də qızı, mən daha yorulub əldən düşmüşəm. S.Rəhimov; 2) yoxsullaşmaq. Var-yoxu gedib, əldən düşüb; 3) dağılmaq, köhnəlmək, yıpranmaq. Evin balkonu əldən düşüb. Ayaqqabılarım lap əldən düşüb. Əldən getmək
1) son dərəcə istəmək, sevmək, arzulamaq. Onda nə görmüsən ki, əldən gedirsən; // nazını çəkmək, son dərəcə əzizləmək. Ana uşağı üçün əldən gedir; 2) məhv olmaq, puça çıxmaq, heç olmaq, xarab olmaq, əldən çıxmaq. Taxıl əldən gedir, tez sulamaq lazımdır. - Yalnız, nə deyim, getdi mənim millət əlimdən; Torpaq başıma, çıxdı bütün izzət əlimdən. M.Ə.Sabir. [Birinci kəndli:] Əlac elə, aşağı bağlar əldən getdi. H.Nəzərli. Əldən qaçırmaq - bax əldən buraxmaq. Əldən qoymaq - əldən buraxmaq, əldən qaçırmaq. Əldən qoymamaq buraxmamaq, tərgitməmək, daha yada salmamaq. Zarafatı əldən qoymur. - Dəvədən yıxılıb höt-hötünü əldən qoymur. Ə.Haqverdiyev; 2) əl çəkmək, narahat etmək. [Balaxan:] Xeyr ha, sən öləsən, əldən qoymaram. C.Cabbarlı. Ancaq nə edəsən ki, aylardan bəri başında yer eyləyən şirin niyyətlər Gəldiyevi əldən qoymurdu. Mir Cəlal. Əldən qurtarmaq - xilas olmaq, canını qurtarmaq. Əldən nə gələr - nə etmək olar, çarə yoxdur. [Rəhim:] İndi iş işdən keçəndən sonra əldən nə gələr? H.Nəzərli. Əldən salmaq - çox yormaq, əziyyət vermək, üzmək. Qova-qova toyuğu əldən salıb tutdu. Heyvanı döyə-döyə əldən saldı. Səsküy bizi əldən saldı. - [İbad:] Şəhəri əldən salmışsınız, indi də gəlib bizə əl uzadırsınız? C.Cabbarlı. Əldən tutmaq - kömək, yardım etmək. [Məsmə:] Mən səni böyüdüb bir tikə çörək gətirən, əldən tutan eləmək istəyirəm. Mir Cəlal. Əldən vermək davam etdirə bilməmək, saxlaya bilməmək. Təşəbbüsü əldən vermək. Bayrağı əldən vermək. Əldən yapışmaq - bax əldən tutmaq. Əldən-dildən düşmək - bax əldən düşmək. Əldən-dildən salmaq bax əldən salmaq. Əldən-ələ düşmək (keçmək) - 1) qapıbaqapı düşmək, müəyyən bir yeri, məskəni olmamaq. Göyərçinəm, uçdum, gəl; Əldən-ələ düşdüm, gəl. (Bayatı); 2) birisindən başqasına keçmək, bir-birinə ötürülmək. Əldən-ələ gəzmək çox əziz olmaq, hamının istəklisi olmaq, çox qiymətli, dəyərli olmaq. Uşaq əldənələ gəzir; 2) çox rəvac olmaq. Əldən-ələ gəzir malı Təbrizin. “Aşıq Qərib”. [Qurbani:] Xasiyyətdi, əldən-ələ gəzirsən; Yoxdu sana qorxu-qadağa, alma! “Qurbani”; // çox oxunmaq, hamı tərəfindən sevilib oxunmaq. [Nurcabbar Bağıra:] Bax, sənin xoşuna gəlib. Gör dünyada sənin təkin nə qədər adam var? Nağıllarımı ortalığa çıxartsam, əldən-ələ gəzər. İ.Məlikzadə. Ələ baxmaq
möhtac olmaq, maddi cəhətdən başqasından asılı olmaq, ondan yardım gözləmək. İndi qocalmışdır, işləyə bilmir, ələ baxır. // Başqasının öhdəsində olmaq. Cavankən tənbəllikdən ələ baxır. Ələ dolamaq - aldatmaq, oynatmaq. ..Camaatı ələ dolamaq zarafat deyil. Ü.Hacıbəyov. Ələ düşmək tapılmaq, ələ keçmək, hasil olmaq. At ələ düşər, ot ələ düşməz. (Ata. sözü). Bidamaq olmaqdan nə düşər ələ; Şükr elə Allaha, gəz gülə-gülə! M.P.Vaqif. Axtarıram, uşaqlıq düşmür ələ. A.Səhhət; 2) tutulmaq, yaxalanmaq, ələ keçmək, girə keçmək. Səni göydə axtarırdım, yerdə əlimə düşmüsən. Bəyin adamları Cəfərqulunu bərk axtarırdı, harada ələ düşsəydi, o dəqiqə öldürəcəklərdi. Qantəmir. Çıxdın aralıqdan, düşmədin ələ. R.Rza. Allah eləməsin, əllərinə düşəsən. Ozünü gözlə, dost! S.Vəliyev. Ələ gələn - hasil, hasil olan, əldə edilən. Ələ gəlmək - əldə edilmək, hasil olmaq. Ancaq iki il o mahalda quraqlıq keçdi, əkindən heç bir şey ələ keçmədi. B.Talıblı. Ələ gətirmək - əldə etmək, ələ keçirmək, nail olmaq. Demək olar ki, behiştdə vədə olunan ləzzətlərin hamısını Tiflisdə qışda ələ gətirmək olar. C.Məmmədquluzadə. Ələ girmək - b ax ələ düşmək. Elmpul ilə ələ girməz, ancaq çalışmaq ilə qazanılar. “Məktəb”. Ələ xına qoymaq - 1) əllərini xına ilə boyamaq. Köhnə adətlərdən biri ələ xına qoymaq idi. H.Sarabski; 2) məc. şərikli işdəki xeyirdən yoldaşın əlini çıxarmaq. Ələ keçirmək - 1) tapmaq, əldə etmək. Hər şeydən əvvəl ələ silah keçirmək lazımdı. S.Vəliyev; 2) tutmaq; 3) ixtiyarına keçirmək, sahib olmaq, mənimsəmək. Ələ keçmək - b a x ələ düşmək. O vaxt ki, azadlığın işartısı göründü; Qəlbimizi bir anda dəlib keçdi o bayraq; Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. B.Vahabzadə. Ələ öyrənmək - əhliləşmək. Ələ öyrətmək əhliləşdirmək. Tülkü balasını ələ öyrətmək. Ələ salmaq - 1) ələ keçirmək, əldə etmək, tapmaq. Gəlmişdim bu Dərbənddə qalmağa; Bir tülək tərlanı ələ salmağa. Aşıq Abbas;
məc. dolamaq, oynatmaq, masqara etmək, araya qoymaq. Cəfər Quluya göz vurdu və Ocaqverdini ələ salmağa başladı. Çəmənzəminli. Əla salma daha bir bunca əvamı, mən ölüm; Nəql edib Rüstəmü Keykavusü Sami. mən ölüm. Ə.Nəzmi. Ələ tapşırmaq - əmanət vermək, saxlamaq üçün vermək, təslim etmək. [Atabəy:] Mən öz qəlbimi haman ələ tapşırmaq istəyirəm. M.S.Ordubadi. Ələ vermək - təslim etmək, xəbər vermək, satmaq. Yoldaşı ələ vermək. [Səlma:] Sən bir qonaqsan, qatil olsan belə; Səlma həlak olur da, verməz ələ. H.Cavid.
Əl-əl gəzmək - baxmaq, ya oxumaq üçün bir-birinə verilmək (çox bəyənilən şey haqqında). Çəkdiyi rəsmlər əl-ələ gəzirdi. Ustanın neçə həftəyə başa gətirdiyi başmaqlar məsciddə əl-əl gəzərdi. Çəmənzəminli. Əl-əl üstə dayanmaq - hazır, amadə vəziyyətdə olmaq, hazır dayanmaq. Qurbani .. baş əyib, xidmət məqamında əl-əl üstə dayandı. (Nağıl). Hər on-on beş addımda bir xidmətçi əl-əl üstə duraraq əmr gözləyir, gözlərini qonaqlardan çəkmirdi. M.İbrahimov. Əl-ələ vermək - 1) bir-birinin əlini tutmaq. Gəl verək əl-ələ, çıxaq bir bağa; Gül-gülə sarmaşır, budaq-budağa.. Aşıq Abbas. Yox, yox, bu bayram günü gəlin verib əl-ələ; Yallı gedək bu gün biz. B.Vahabzadə;
birgə, bir yerdə çalışmaq, bir iş görmək. İkimiz əl-ələ verib istədiyimizə nail olacağıq. (Qəzetlərdən). Əl-ətək eləmək köhn.
yalvarmaq, iltimas etmək. Əmanətim budur: bir kənara çək; Yalvarıb, yapışıb elə əl-ətək... Q.Zakir. Əli (əlləri) sustalmaq həvəsdən düşmək, ümidsizliyə qapılmaq, ruhdan düşmək. Əli altında olmaq yaxında hazır halda olmaq. Kitablar hamısı əlimin altındadır. Əli aşağı düşmək yoxsullaşmaq, kasıblaşmaq. Əli aşağı olmaq - yoxsul, kasıb olmaq; maddi ehtiyac çəkmək. Əli aşağı olmasaydı, bu il üzümlüyü bir az böyüdərdi. Ə.Əbülhəsən. [Məşədi Məmməd:] ..Ay Səməd dayı, burada mən də bir işə girərdim. Yoxsa əlim çox aşağıdır. B.Talıblı. Eyibdir, bala, müdirimizə bədbəxtlik üz verib, əli aşağıdır, gərək ona kömək edək. “Kirpi”. Əli beldə - lovğalovğa, əkə-əkə. Əli bir yerə (işə) yetişmək
müəyyən bir peşə, sənət, ixtisas sahibi olmaq, bir işdə işləmək. ..Qoy Fərhad qurtarıb gəlsin, əli bir yerə yetişsin, yəqin ki, məni bu halda qoymayacaq, mühəndis bir adama məni saxlamaq ağır olmaz. C.Cabbarlı. Əli boşa çıxmaq - istədiyinə nail olmamaq, təşəbbüsü boşa çıxmaq, nəticəsiz qalmaq, heç bir şey əldə edə bilməmək. [Nəbi] bir neçə adamdan borc pul istəyir, amma əli boşa çıxır. “Qaçaq Nəbi”. Əli çatmamaq vaxtı, macalı olmamaq, vaxt tapmamaq. Əlim çatmır ki, bir sizə gəlim; // görməmək, görüşə bilməmək, görməyə, görüşməyə vaxtı olmamaq. ..Əhməd də çox zaman şəhərdə və qəzada olur, Cəmilə əli çatmırdı. Mir Cəlal. Əli çıxmaq - məhrum olmaq, əlində saxlaya bilməmək. Kölgəyə uyma hirsü qəflətdən; Ta əlin çıxmasın həqiqətdən. A.Səhhət. Amma sözün doğrusu budur ki, dəxi mollaların məktəbindən əlim çıxandan sonra, əməlli-başlı müsəlman dərsi görmədim. C.Məmmədquluzadə. [Bəhram:] Maldan əlin çıxarsa, canın sağ olsun. C.Cabbarlı. Əli dinc oturmamaq - 1) daim bir şeylə məşğul olmaq; 2) heç bir ehtiyac olmadan toxunmaq, əl vurmaq, toxunaraq, qurdalayaraq xarab etmək. Əli əlinə dəymək - əl verib görüşmək. Mən bir qurban kəsərəm; Əli əlimə dəyəndə. (Bayatı). Əli əsmək (bir şeyin üstündə) məc. xəsislik etmək. Əli gəlmək - qıymaq, rəva görmək. Əli gəlməmək - qıymamaq, rəva görməmək. Titrəyir, gecikir, əli gəlməyir; Bilməyir nə oyun hazırlar təqdir. Şəhriyar. Əli gətirmək - çox qazanmaq; // oyunda bəxti gətirmək, dalbadal çoxlu udmaq. Əli gətirmir ki, gətirmir. - [Səlim bəy:] Budur, bir neçə gündür əlim çox yaxşı gətirir. Ə.Haqverdiyev. Əli gicişmək - 1) kimisə vurmaq istəmək, vurmağa bəhanə axtarmaq. Əlim gicişir, durub döyəcəyəm ha!
zar. əlinə pul gəlmək ehtimalı olmaq. Əli iş tutan - işləyən, işləyə bilən. Əli iş tutanın hamısı buraya toplaşmışdı. Əli işdə olmaq - işləmək, bir işlə məşğul olmaq. Sənət məktəbini bitirən gündən əlim işdədir. “Kirpi”. Əli iti - əldən çox cəld. [Aslan bəy:] [Aydəmir] şeytan oğlu doğrudan igiddir, həm də əli itidir. C.Cabbarlı. Əli kəsilmək - məhrum olmaq. Əli qalxmaq (adətən inkar formasında işlənir) - b a x əli gəlmək. [Pirverdi Camal bəyə:] Üç min deyil, on min də olsa, heç kimin əli qalxmaz sizin canınıza qəsd etsin. N.Vəzirov. Əli qələm tutan - savadlı, yaza bilən. Məktəbin əli qələm tutanı Hidayətin və qəzetin başına toplandı. Mir Cəlal. Əli qələm tutmaq
yazmağı bacarmaq, savadlı olmaq. Əli qıymaq - əli getmək, rəva görmək, əsirgəmək, qıymaq. Əlim qıymır ki, bu ağacları kəsim. Əli qoynunda - məyus, məəttəl, çarəsiz, naçar bir halda. Əli qoynunda
durub baxır. - [Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan. Ə.Haqverdiyev. [Qızxanım] gündüz axşama qədər və gecə sabaha qədər əli qoynunda, boynu çiynində oğlunun yanını kəsdirib oturur idi. “Məktəb”. Əli silah tutan - silah götürə bilən, silahdan istifadə edə bilən, vuruşa bilən. Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi. Mir Cəlal. Əli soyumaq - işdən soyumaq, həvəsdən düşmək, ruhdan düşmək. Əli təmiz olmaq işində düz olmaq, tapşırılan şeyə xəyanət etməmək. [Hacı Murad:] İndi de görüm, əlin-zadın təmizdirmi? S.S.Axundov. Əli təmiz olmamaq - arabir kiçik oğurluğa meyil etmək. Əli titrəmək - b a x əli əsmək. Əli tutmaq - b a x əli gətirmək. Əli üzülmək - ümidi kəsilmək, çarəsiz qalmaq, əli çıxmaq, məhrum olmaq. Dağlar tutum dumanı; Yoxdu bircə umanı; Eldən əli üzülüb; Kimə getsin gümanı? (Bayatı). Əli varmaq - b ax əli gəlmək. Əlin necə vardı ki, bu işi sən gördün? Əli yetişmək (yetmək) - çatmaq, nail olmaq. Onu görmək istəyirəm, əlim yetişmir. - Uzaq düşüb, əlim yetməz; Həsrət qoyma yara məni. Aşıq Abdulla. Əli yüngül - bax əliyüngül. [Vaqif:] Lələ, əlin yüngüldür, ağanın arxasınca su at, uzaq səfərə gedir. Çəmənzəminli. Əlim yaxanda olsun - o dünyada mənə cavab verəsən (dini təbir). Əlimin içindən (ortasından) gəlmək - yaxşı eləmək, əcəb etmək (bir hərəkətə qarşı edilən etiraza qabacasına cavab). [Sənəm Güllüyə:] Belə yaxşı eləyirəm, əlimin içindən gəlir, yazdırıram .. əlindən gələni beş qaba çək! Ə.Haqverdiyev. Əlində ölmək - bilavasitə özünə baxan, xidmət edən adamın lap yanında, qabağında ölmək. Əlində saxlamaq
başqasına verməmək, əlindən verməmək, öz ixtiyarında saxlamaq, sahib olmaq. Düşmən kəndi əlində saxlamaq üçün bütün qüvvətini sərf etdi. M.S.Ordubadi. // Özünə tabe vəziyyətdə saxlamaq, əldə saxlamaq. Əlindən (əlinizdən) gələni beş qaba çək (çəkin) - hər nə bacarırsan (bacarırsınız) elə(yin), heç şeydən qorxmuram. Əlindən almaq - 1) birini bir şeydən məhrum etmək. Hakimiyyəti burjuaziyanın əlindən almaq. İxtiyarı əlindən almaq. - Sənin kimi bacıoğlunu Allah Rəşidin əlindən alsın.
Nəzərli. Aldı əldən əqlimi ahü nəvasi bülbülün; Huşu tarac etdi ləhni-dilrübası bülbülün. Ə.Nəzmi; 2) zəbt etmək, zorla almaq. Var-yoxunu əlindən almaq; 3) başqasının şeyinə, malına və s.-yə zorla və ya başqa yolla sahib olmaq, mənimsəmək. Aldadıban alar əlindən varın; Elə ki keyfincə saf gördü karın. Q.Zakir; 4) məhrum etmək. İndi [Həzi Aslanov] vəfat etmiş, ölüm əbədi olaraq onu bizim əlimizdən almışdır. M.İbrahimov. Əlindən çıxmaq - 1) hazırlamaq, qayırmaq, hasil etmək. Bu iş kimin əlindən çıxıb? // Birinin rəhbərliyi altında hazırlanmaq, yetişmək, öyrənmək. Usta əlindən çıxıb; 2) itirmək, qeyb etmək, məhrum olmaq. Əlindən dad çəkmək - həddindən artıq narazılıq, şikayət bildirir. [Namaz:] Camaat Həsənin əlindən dad çəkir. Ə.Haqverdiyev. Əlindən düşməmək - həmişə əlində olmaq, yerə qoymamaq, heç vaxt ayrılmamaq (bir şeydən). Atarsan, yıxarsan xeyli zamandı; Nə ox düşər, nə də kaman əlindən. Q.Zakir. [Gəldiyevin] düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Mir Cəlal. [Surxay Aydına:] Əvvəlləri [tar] əlindən düşməzdi. C.Cabbarlı. ...əlindən düşsün! - qarğış ifadəsi kimi işlənir. Əlindən getmək - 1) əlindən çıxmaq, əldə saxlaya bilməmək. Kamandan ox tükəndi; Əlimdən yay da getdi. (Bayatı); 2) itirmək, qeyb etmək, yox olmaq, ölmək. [Həsən:] İndicə bir nər kimi oğlu əlindən getdi.
Nəzərli. Əlindən gələni etmək (eləmək) - 1) mümkün olan hər bir şeyi etmək, özündən asılı olan hər tədbiri görmək. ..İşin mənafeyinə xidmət etmək üçün əlimizdən gələni edəcəyik; 2) nə bacarırsa, hər nə pislik varsa etmək. [Hafizə xanım:] Çor xanım, zəhrimar xanım, itil çölə.. Bəyin sağlığında əlindən gələni eləyib, indi məni də arvad görüb istəyir mənim başıma corab hörsün. Ə.Haqverdiyev. ...əlindən gələr - ...gözləmək olar (mənfi şəkildə). Əlindən gəlmək
bacarmaq, imkanı, iqtidarı olmaq. Əlimdən gəlsəydi, edərdim. - [Məşədi Həsən:] Yəni özgələrə quyu qazmaq əlindən gəlirmi? Ə.Haqverdiyev. [Qurbanəli:] İgidin əlindən
hər şey gələr. H.Nəzərli. Müavin təbiəti yumşaq adam idi, rədd eləmək əlindən gəlməzdi. Mir Cəlal. Əlindən iş gələn bacarıqlı, işbilən, işbacaran, zirək. [Bədircahan bəyim:] A kişi, adam gərək özünü aldatmasın.. Bu zəmanədə xan, bəy o adamdır, başında ağlı ola, cibində pulu, əlindən iş gələn ola. N.Vəzirov. Əlindən iş gəlməmək - bacarmamaq, heç bir şey edə bilməmək, gücü çatmamaq, aciz olmaq. Ögey atamın anamla rəftarını görüb, əlimdən bir iş gəlmədiyinə görə, biixtiyar ağlardım.
Sarabski. Əlindən iş gəlməyən - bacarıqsız, aciz, iş bacarmayan adam. Əlindən iş gəlməyən çox danışan olar. (Ata. sözü). Əlindən qaçmaq - yaxasını qurtarmaq, canını qurtarmağa çalışmaq. Əlindən qurtarmaq - 1) fəlakətdən, əziyyətdən, ölümdən qurtarmaq, nicat tapmaq. Rəşidin əlindən ov qurtarmazdı. H.Nəzərli; 2) xilas etmək, azad etmək, qurtarmaq. [Telli:] Yaxşı ki qonaq gəldi, məni ağamın əlindən qurtardı.. Ü.Hacıbəyov. Əlindən tutmaq birinə maddi kömək etmək, yardım əlini uzatmaq. Əl tutanın əlindən tutarlar. (Ata. sözü). [Məşədi Səttar:] Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi, heç kəs əl tutmadı. Ə.Haqverdiyev. [Məşədi Qədim:] Ay arvad, sənə də, mənə də övlad lazımdır ki, qocalanda əlimizdən tutan olsun. T.Ş.Simurq. Əlindən yapışmaq bax əlindən tutmaq. Əlindən zara gəlmək
təngə gəlmək, cana gəlmək. Əlində-ovcunda qalsın - ölməsin, çox yaşasın. Əlinə almaq - b a x ələ almaq. Məşhur mərhum xanəndə Hacı Hüsü də Məkkədən gələndən sonra əlinə qaval alıb xanəndəlik eyləyirdi. Ə.Haqverdiyev. Əlinə çöp vermək - aldadıb yola salmaq, başından etmək. Bizim uşaqlar söhbət arasında deyirdilər ki, “filankəsin əlinə çöp verdilər, getdi”. “Kirpi”. Əlinə düşmək - girinə keçmək. [Məşədi Həsən:] Xudanəkərdə, Hacı Seyid Ağabalanın əlinə düşərsən, evin yıxılar. Ə.Haqverdiyev. [Nadir:] Sizi and verirəm Allaha, gedib vaxt var ikən bir tərəfdə gizlənəsiniz ki, məndən sonra zalımlar əlinə düşməyəsiniz. C.Cabbarlı. Əlinə salmaq - əldə etmək, tapmaq, ələ keçirmək, ələ gətirmək. [Hacı Murad:] Qırx il külüng çalıb bir cüzi pul əlimə salmışam. S.S.Axundov. Əlini (əllərini) ölçmək - əllərini oynada-oynada, həyəcanla danışmaq. Əlini ölçməyinə baxma, iş bacaran deyil. ...əlini öpür məc. əlindən gəlir. Pis işlər həmişə onun əlini öpür. Əlini ağdan qaraya vurmamaq heç bir iş görməmək, bikar durmaq. ..Neçə yüz adam əlini ağdan qaraya vurmayıb, müftə dolanır. N.Vəzirov. [Şəkinski:] Baxın, deyirəm sizə, bundan sonra hər yetən gəlib yenə bir ağa olacaqsa, mən əlimi ağdan qaraya vurmaram. C.Cabbarlı. Əlini başına çırpmaq (vurmaq) - təəccüblənmək, təəssüflənmək. Əlini bənd etmək bir işdən yapışmaq. Əlini dizinə vurmaq (çırpmaq) - təəccüblənmək, təəssüflənmək. Əlini vurub dizinə, indi gəlib özünə. (Ata. sözü). Əlini əlinə vermək - vüsala çatdırmaq, görüşdürmək, birləşdirmək, qovuşdurmaq. [Qarı:] Qorxma, oğlan, verrəm əlin əlinə; Eşitdiyin şəhri-Tiflis buradır. “Aşıq Qərib”. Əlini əlinin üstünə qoymaq - bikar, işsiz oturmaq, heç bir iş görməmək. Əlini gözünün üstünə qoymaq - bu hərəkətlə tapşırılan bir işi yerinə yetirəcəyinə söz verdiyini, hazır olduğunu bildirmək. Əlini kəsmək - ümidini üzmək, əlini çəkmək. Əlini qulağının dibinə qoymaq oxumaq (hava ilə). [Əhməd:] ..[Əntiqə] əlini ki qulağının dibinə qoydu, zalım qızı lap möcüz görsədir. Mir Cəlal. Əlinin dalını yerə qoymaq - 1) tabe olmaq, təslim olmaq, məğlub olduğunu etiraf etmək;
tabe etmək, məğlub etmək. Əlinin içi gicişməkzar. - b ax əli gicişmək 2-ci mənada. Əlimin içi gicişir deyəsən, əlimə pul gələcək. Əlinin suyu - qüvvəti, gücü, zülmü. Əlinin suyunu heç kəs görməsin! Əllər yuxarı! - bax əllərini qaldır! Əlləri dalında - əllərini dal tərəfdə bir-birinə çatmış halda. Əlləri dalında gəzinir. Əlləri qızıldır
mahir usta, sənətkar haqqında. Əlləri yanına sallanmaq - məyus olmaq, ruhdan düşmək, ümidsiz olmaq. Əllərini daraqlamaq - əl barmaqlarını bir-birinə keçirmək. Əllərini düyünləmək - əllərinin barmaqlarını bir-birinə keçirərək düyün halına gətirmək. ..Alagöz tir-tir titrəyib əllərini
düyünlədi. S.Rəhimov. Əllərini görmək
olmamaq - çox sürətlə işləmək. [Qızlar] pambığı elə sürətlə yığırdılar ki, əllərini görmək olmurdu. (Qəzetlərdən). Əllərini işə salmaq - 1) əlləri ilə işləməyə, bir iş görməyə başlamaq; 2) əlləri ilə vurmağa, dalaşmağa başlamaq, fiziki qüvvəyə əl atmaq. Əllərini qaldırmaq - təslim olmaq. Əllərini ölçmək - danışarkən əl(lər)ini oynatmaq, tərpətmək. Əllərini ölçə-ölçə danışmaq. Əllərini öpür (adətən cəm şəklində)
hazırdır. ...əlini(zi) çək(in)! - başqasının daxili işinə qarışmamağı, başqasına toxunmamağı tələb edən nida. Əllərini yana salmaq - ayaq üstə sakit, hərəkətsiz durmaq; qımıldanmamaq. Bir əldə (olmaq) - bir adamın ixtiyarında, bir adamda, bir şəxsdə (olmaq). Bir əldə iki qarpız tutmaq - eyni vaxtda bir neçə işdən yapışmaq, yaxud bir neçə məqsədi əldə etməyə çalışmaq. Dörd əl mus. - iki adam tərəfindən piano çalma üsulu. Dörd əllə - b a x dördəlli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed