ƏLACSIZ1. sif Davasız, dərmansız, sağalmaz, əlacı olmayan. Əlacsız xəstəlik sağalmaz. Əlacsız dərdə düşmək. - Gah sələmə pul verdi, bəzən də dərman satdı; Əlasız xəstələri min kələklə aldatdı. N.Rəfibəyli.
zərf Çarəsiz, imkansız. Çıxılmaz vəziyyətdə əlacsız qalmaq. Əlacsız olmaq. ..Əlacsız qalıb mən alacəhrəni çıxarıb ona göstərdim və nə üsul ilə tutduğumu söylədim. S.S.Axundov. [Tapdıq] əlacsız qalıb, içəridən sınıq maşını götürüb məşğul olmaq istədi. Ə.Vəliyev. Heç yerdə ədalət buradakı qədər gücsüz, əlacsız olmamışdı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|