ƏLAHİDDƏ[ər.] 1. sif Ayrı, başqa. Əlahiddə məsələ. Əlahiddə şəkil. - [Hacı Qara] üç yüz qızıl sanayıb əlahiddə kisələrə qoyur, sonra gedir, tüfəng, tapançasını, xəncərini, qılıncını gətirir. M.F.Axundzadə. Məşədi Əsgər çamadanı yerdə görcək daha əlahiddə fikir başına gətirməyib, ancaq onu bildi ki, götürüb qaçmaq üçün əsil fürsət məqamıdır. S.M.Qənizadə.
zərf Ayrıca, xüsusi. Əlahiddəyaşamaq. Əlahiddə çalışır. Bu qürbət şəhərdə hərbi xidmətdə olan bir neçə yoldaşla bərabər əlahiddə bir evdəyaşayırdıq... Ə.Məmmədxanlı. sif. Xüsusi. ..O, mart ayının axırlarında Təbrizə gələcəyini yazmış və sizə əlahiddə salam göndərmişdir. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|