ƏLAMAN[ər.] 1. Yardıma, imdada, köməyə çağırış bildirən nida. Əlaman, qurd inəyi dağıtdı! - Nə qəflətdir bu səndə, ey sitəmgər, cövrü zülmündən; Sərasər yer üzünü sövtü sədayi-əlaman tutmuş. Q.Zakir. Arqadaşlar, əlaman, gəl tez verib də əl-ələ; Həm bu yolda əhdü peyman etməli bundan sora! M.Ə.Sabir. Şikəstə Hamidəm, canan; Dərdindən öldüm, əlaman! Aşıq Hamid. // Yalvarış bildirir. Boyum bərabərisən indi, əlaman, getmə! X.Natəvan. // Şikayət bildirir. Əlaman durnalardan; Qaç yaman durnalardan; Tutaram sorağını; Hər zaman durnalardan. (Bayatı). Ismət, həya, ədəb gedəcək əldən, əlaman! Ə.Nəzmi.
is. İmdad, nicat. Təsəvvür etmə fəğanım həlaki-candandır; Kəman öpər əlüvi, əlamanım ondandır. S.Ə.Şirvani. □□ Əlamanda olmaq (qalmaq) - çarəsiz qalmaq, nə edəcəyini bilməmək, çətin, çıxılmaz vəziyyətdə olmaq. ..O bədbəxt.. bizdən üz döndərib, qalmışıq əlamanda. N.Vəzirov. ..Ələmdaryerindən tərpənib əlamanda olan ağasının yanına gəldi. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|