
ƏLAMƏTDAR sif. [ər. əlamət və fars. ...dar] Öz əhəmiyyətinə görə görkəmli, çox böyük əhəmiyyəti olan. Əlamətdar tarix. Əlamətdar hadisə. Əlamətdar gün. - [Şamamanın] təbiətindəki yaxşı, əlamətdar keyfiyyətlərin meydana çıxmasına, ümumun mənafeyi üçün fövqəladə dərəcədə xeyirli olmasına xalq kömək edir. İ.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|