
ƏLBƏƏLzərf 1. Əldən-ələ, birindənbirisinə. Kitab əlbəəl gəzdi. - Muradım, səninlə verəm əlbəəl; Bu gülşən içində gəzəm əlbəəl. Aşıq Murad.
2. Cəld, tez, əlüstü, dərhal, o saat. Xubların yaxşısı olmaz kəmməhəl; Işarə edən tək gələr əlbəəl. Q.Zakir. [Rəhim xan:] Sən gərək Tehrana səfər edib Mirzə Rzanın qızını əlbəəl şaha təqdim edəsən. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|