ƏLBƏT[ər.] 1. Bax əlbəttə. Əlbətgələcəkdir. Dünyaya gələn əlbət gedər. - Demək olmaz dirilər tək yatıb, əlbət duracaq; Ölülər yatmağıdır, yox buna payan, ölüb... ə! M.Ə.Sabir. □ Əlbət ki - təbii ki, şübhəsiz. Əlbət ki, on il bundan qabaq belə proyekt mühüm idi. Mir Cəlal.
2. ara s. Yəqin (ki), görünür (ki). Əlbət, bunda bir sirr var. - Dərvişəm, kəşkülüm var; Hər güldən beş gülüm var; Gəlmişəm mən qapına; Əlbət, bir müşkülüm var. (Bayatı). [Səlimə:] Əlbət, odunu satılmır nədi, kəsdirib bazarı ac-susuz. Ə.Haqverdiyev. Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın, əlbət. M.Dilbazi. Paylaşın - Hamı bilsin
|