
ƏLBƏTTƏ1. zərf Mütləq, hər halda. Əlbəttə gəlməlidir. Getmək əlbəttə lazımdır. Bir belə adamın içində yəqin; Əlbəttə, bədnəzər var, oynamasın. Q.Zakir. [Müsyö Jordan:] Əlbəttə sehrdir, mat qalmalı işdir, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. M.F.Axundzadə.
2. ara s. Şübhəsiz, təbii ki. O, əlbəttə, haqlıdır. - Ol qədər cövr etmə üşşaqə ki, səndən çəksin əl; 0ah rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər. S.Ə.Şirvani. [Mazandaranski:] Əlbəttə, mən heç özümü səndən əskik adam bilmirəm. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|