ƏLBƏYAXA1. is. Şiddətli dava, vuruşma; mübarizə. [Kərim] bilirdi ki, əlbəyaxa vaxtı dəmadəm yaxınlaşır. S.Rəhimov. Mən bu qara xəyallarla əlbəyaxa ikən, birdən, deyəsən, gözümə bir işıltı dəydi, yox oldu, yenə göründü. M.Rzaquluzadə. □ Əlbəyaxa olmaq - bərk vuruşmaq, çarpışmaq; mübarizə etmək. Çar hökumətinin siyasəti çarın işğal orduları ilə bizi əlbəyaxa olmağa məcbur etdi. M.S.Ordubadi. Ər və arvad əlbəyaxa oldular. C.Məmmədquluzadə. [Yusifin] cəbhədə keçirdiyi günlər, ölümlə əlbəyaxa olub, ad-san qazandığı vaxtlar gözünün qabağına gəldi. B.Bayramov.
sif Şiddətli, amansız. Əlbəyaxa çarpışma getdikcə şiddətlənirdi. Ə.Əbülhəsən. Əlbəyaxa vuruş(ma) - silahsız halda və ya soyuq silahla aparılan döyüş. Pilləkəndə əlbəyaxa vuruşma uzun çəkdi. Mir Cəlal. Mən səni düşünərək getdiyim zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa vuruşa. Ə.Cəmil. Əlbəyaxa vuruşmaq - birbirindən yapışmaq, şiddətli vuruşmaq. Araz onlarla əlbəyaxa vuruşaraq təslim olmurdu. A.Şaiq. Müşkünaz təkliklə əlbəyaxa vuruşur, bu təkliyi evdən qovub uzaqlaşdırmaq istəyirdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|