İzahlı lüğət

ƏLBİR

1. zərf Bir-birinə kömək edərək; bərabər, birgə, birləşərək. Əlbir işləmək. [Altunbay:] Elxan biləgənli, sən Solmazı sevir isən, özündə onu qoruyacaq bir cəsarət duyur isən, and iç, əlbir çalışaq. C.Cabbarlı. [Nəbi:] Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir! S.Rüstəm. // Şərik, bir yerdə, birlikdə. Bu işi onlar əlbir görmüşlər. □ Əlbir olmaq yoldaş olmaq, birgə hərəkət etmək, bir məqsəd üçün birləşmək. Əlbir olub bir ayı bir şir ilə; Ovladılar dovşanı tədbir ilə. A.Səhhət. [Nəbi:] Əlbir olub od salmaq üçün düşmənlərin canına; Sinən üstdən yol ver, keçim qardaşımın yanına! S.Rüstəm. Bir hökmdar deyil, yığılıb hətta; Yüzü əlbir ola, gələ, vermərəm! M.Rahim.
sif Həmrəy, çox yaxın, birgə işləyən. Əlbir yoldaşlar. Əlbir iş. - İndi, indisə sürət qatarında qızıl diplomla, əlbir və ürəkbir yoldaşlarımla evə dönürəm. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed