
ƏLBORCUis. Tez ödənilmək şərti ilə verilən, ya alınan azacıq borc pul, yaxud başqa şey. Əlborcu almaq. Mənə on manat əlborcu ver. - ..Yaşıdlarından və yaxın dostlarından biri, bu gün ondan əlborcu qazıma borusu istəməyə gələndə Qüdrətdən bunun da səbəbini soruşdu. M.Hüseyn. [Surxay:] ..Sən öləsən, Hüseyn, bu gün evimizdə çörək olmayıb, gəlmişəm, səndən bir az əlborcu pul alam. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|