İzahlı lüğət

ƏLÇATMAZ

sif 1. Hündür, uca, yüksək. Əlçatmaz minarə. Əlçatmaz hasar. // məc. Yetişmək, nail olmaq, əldə etmək mümkün olmayan. [Adilə:] Mən yaxında, əlim altında olan səadətə qovuşmaq istəyirəm, uzaqlara, əlçatmaz səadətlərə doğru qaçmaq istəmirəm. Ə.Məmmədxanlı.
Uzaq, gedib-gəlmək çətin olan. Əlçatmaz yer. - Cüməyəm, müşküldü aşıqla hallar; Neyləyim, əlçatmaz, uzaqdıryollar. Aşıq Cümə. Onları apardılar özlərilə dağlara; Kəndlərə, şəhərlərə, əlçatmaz uzaqlara. S.Rüstəm.
Möhkəm, alınması, tutulması, girilməsi mümkün olmayan, ya çətin olan. [Məhərrəm:] Rüstəm bəy evini eyləyib bir əlçatmaz qala. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed