
ƏLƏMƏKf. 1. Ələkdən keçirmək. ..Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. C.Məmmədquluzadə.
2. məc. Səpmək, səpələmək, tökmək. Yağış ələyir. - Günəş şəhərə od ələdiyi halda səkilər tez-tələsik yeriyən adamlarla dolu idi. M.Hüseyn. Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|