İzahlı lüğət

ƏLEYH

[ər.] Adətən “əleyhinə” şəklində adlıq və yiyəlik hallardan sonra işlənir: ...ziddinə, ...qarşı. Əleyhinə səs vermək. Əleyhinə getmək. Təklifin əleyhinə çıxmaq. Düşmən əleyhinə. - [Nəsir] də məlum fikirlər üzərində ləhinə və əleyhinə olmaq üzrə söz söyləyirdi. S.Hüseyn. Bəzi kəndlilərə də kimin lehinə, kimin əleyhinə, nəyə qarşı əl qaldırmağı başa salmaq çətin idi. Mir Cəlal. Əziz təklifin əleyhinə səs verdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed