
ƏLİAÇIQsif Ürəkdən başqalarına pul, mal və s. ilə kömək edən; səxavətli, comərd. Əliaçıq adamın ürəyi də açıq olar. (Məsəl). Bir qədər gənclərlə oynadıqdan sonra əliaçıq tamaşaçılar [Altıaylığa] üçlük, beşlik, onluq əskinas (kağız pul) bağışlardılar. H.Sarabski. [Dilənçilər] tanıdıqları ərbablardan kiminin xəsis və kiminin əliaçıq olduğunu yaxşı bilirdilər.. Ə.Sadıq.
Paylaşın - Hamı bilsin
|