ƏLİF1 is [ər. əsli qəd. yəh.] 1. Ərəb əlifbasının I şəklində yazılan birinci hərfinin adı. Əlifi dirək sayır, cimi çəngəl. (Məsəl). Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir? Həvvəz, sora hütti, bu nə heydir, o nə heydir? M.Ə.Sabir. Mirzə Həsən: - Necə ki Avropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi “a” sövtünün əlamətidir ki, biz ona “əlif” deyirik. C.Məmmədquluzadə.
2. məc. Düz, şax, şaquli mənasında. Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. M.V.Vidadi. □ Əlif qəddi dal (yay, nun) olmaq, əlif qəddi dala (yaya, nuna) dönmək klas. - beli bükülmək. Hicran gecələri qayğu çəkməkdən; Əlif qəddim əyri yayə dönübdü. “Qurbani”. Həsrətindən əlif qəddi dal olub; Mat qalıbdır, şirin dili lal olub. M.P.Vaqif. Əlifdən başlamaq lap əvvəldən, lap başdan başlamaq. Paylaşın - Hamı bilsin
|