ƏLİFBAis. [ər.] 1. Bir dildə işlənən və müəyyən qaydada sıralanan hərflərin məcmusu. Azərbaycan əlifbası. Ərəb əlifbası. Latın əlifbası. - Biz buna təəccüb etmirik ki, Hüseynzadə cənabları əlifbamızın bilmərrə dəyişilməsinə fitva vermir. C.Məmmədquluzadə. Köhnə ərəb əlifbasının çətinliyi geniş xalq kütləsinin savadlanmasına imkan vermirdi. S.S.Axundov. □ Əlifba sırası əlifbada olan hərflərin müəyyən sistem üzrə düzülüş sırası. Əlifbanı öyrədən kitab. Əlifba kitabı.
məc. Ən bəsit, ən sadə, hamıya məlum olan şey. Bu, cəbrin əlifbasıdır. □□ Morze əlifbası - teleqrafda işlənən şərti işarələr sistemi. Not əlifbası - musiqi notlarında işlənən işarələr sistemi. Paylaşın - Hamı bilsin
|