
ƏLİLis. və sif. Xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş; şikəst. Əlillər cəmiyyəti. Əlillər evi. Müharibə əlilləri. - Görürsüz ki, qocalmışam, əliləm; Indi, camaat əhli, sizə dəxiləm. A.Səhhət. [Pəri xanım:] Bir atam var əlil. Kimə dərdimi söyləyim? Ə.Haqverdiyev. Pirlər, ocaqlarda Münəvvər xanımın adı gələndə dilənçilər, əlillər qapıya hücum çəkərdilər. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|