
ƏLLAMƏLİKis. Özünü alim, bilici kimi göstərmə, alimlik satma. Əllaməlik etmək. Bu əllaməlik nə üçündür? - Əllaməlik eyləyənlər bu yerlərə ayaq basmaz; Lakin sənin bu dağlardan yazdığına qələm çəkər. S.Rüstəm. Hacı Rəsul Tahirzadənin suallı baxışını görüb əllaməlik büruzə vermək istədi. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|