
ƏLLİ-AYAQLI 1. sif. Diribaş, çox zirək,
çox bacarıqlı, əlli-qollu. Əlli-ayaqlı adam. Laçın hələ yeddicə yaşında ikən çox diribaş, çevik, əlli-ayaqlı bir uşaqdı. M.Hüseyn. 2. zərf İzsiz-soraqsız, tamam, bütün, büsbütün. Əlli-ayaqlı itmək. - Naməlsəm məhəlləsindən üç adamı əlli-ayaqlı göndərdilər. N.Nərimanov. [Nazlı:] ..Cavan dayısı əlliayaqlı getdi.. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|