
ƏLSİZ-AYAQSIZ sif. və is. Bacarıqsız, aciz, yazıq, köməyə möhtac. Əlsiz-ayaqsız adam. - [Əmiraslan bəy:] O, nizami qoşun deyil, əlsiz-ayaqsız .. kasıb-küsublardan toplanmış dəstədir. S.S.Axundov. Məni göndəribdir bura kəndin ağsaqqalları; Əlsizayaqsızları, köməksiz yoxsulları. S.Rüstəm. [Bəbir bəy:] Mən əlsiz-ayaqsızlara kömək etmək istəyirəm. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|