
ƏLÜSTÜzərf Tez, dərhal, o dəqiqə, o saat, dayanmadan, cəld, iti. Əlüstü ayağa qalxdı. Əlüstü yola düşdüm. - Məhəmmədhəsən əmi əlüstü girdi həyətə. C.Məmmədquluzadə. [Səfər:] Ağa, mən də şəriət bilənəm ha... Çünki sözü deyən kimi əlüstü başa düşürəm. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|