
ƏLVAN1 sif. [ər.] Cürbəcür rəngdə olan, rəngarəng, rəngbərəng, ala-bəzək. Əlvan kağız. Əlvan çiçəklər. Əlvan tüklü quş. Əlvan parça. Küçələr əlvan lampalarla bəzənmişdir. - Bunlar əlvan qiyafəli, dünyanın hər tərəfindən toplanmış dürlü xalqların birər nümayəndələri idilər. H.Nəzərli. Əlvan çiçək xalıları yamacda; Baş qaldırır nərgiz gözlü dolusu. R.Rza.
Paylaşın - Hamı bilsin
|