ƏLVİDAnida [ər.] Sağlıqla qal, xudahafiz. Əlvida, ey sevimli şəhər. - Əlvida! Əlvida! Daldığım uyğu; Inanmam ölümmü, röyamı yoxsa. S.Vurğun. [Şəmsiyyə:] Gözləyəcəyəm, müəllim, hələlik əlvida! - deyib getdi. M.İbrahimov. □ Əlvida etmək görüşüb ayrılmaq, vidalaşmaq. Dostlarla öpüşüb əlvida etdi. - Axır, gözüyaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərəkyola düşdüm. S.S.Axundov. [Dərviş:] Hamımız qoca kişi ilə bir yerdə kənddən əlvida edib şəhərimizə varid olduq. A.Divanbəyoğlu;
məc. tərk etmək, itirmək, həmişəlik ayrılmaq. Altı ay keçmədi ki, biçarə övrət də canından artıq sevdiyi kiçik balalarına həmişəlik əlvida etməyə məcbur oldu. C.Cabbarlı. Polad qərq olaraq düşüncələrə; Əlvida elədi ilk məhəbbətə. M.Rahim. // Ayrılmaq, getmək münasibəti ilə düzəldilən mərasim. Əlvida konserti. // Ayrılıq, ayrılma. Əlvida gecəsi. Paylaşın - Hamı bilsin
|