İzahlı lüğət

ƏMANƏT

is. [ər.] 1. Birinə inanıb bir şeyi müvəqqəti olaraq tapşırma, vermə. Bu üzük sizdə əmanət qalsın. □ Əmanət almaq müvəqqəti istifadə üçün almaq. Kitabı əmanət almışam. Əmanət vermək - müvəqqəti istifadə üçün vermək. Əmanət qoymaq bir şeyi müvəqqəti olaraq inandığı adama, ya yerə tapşırmaq, qoymaq. Kağızlarını yoxladığım zaman sərrafiların yanında yüz min tümən əmanət pul qoyduğunu gördüm. M.S.Ordubadi. Əmanət saxlamaq - başqasının malını, pulunu müvəqqəti olaraq olduğu kimi qoruyub saxlamaq. // Saxlanmaq üçün birinə müvəqqəti olaraq tapşırılan şey, özgənin tapşırdığı şey. Özgənin əmanətidir,
verə bilmərəm. - At elin, torba əmanət; Bizim daha nəyimiz var? (Ata. sözü). Qışda sorağını uzaqdan aldım; Dedim: - Əmanətim, eşqim səndədir. N.Rəfibəyli. □ Allah əmanəti, Allaha əmanət - saxlamaq, qorumaq üçün müvəqqəti olaraq başqasına verilən qiymətli şey. Ərz etdi: - Səlamət ol, anacan! Allaha əmanət ol, anacan! A.Səhhət. // Sif. mənasında. Əmanət qoyulmuş, müvəqqəti tapşırılmış. Əmanət şey.
Banka faizlə qoyulan pul. Əmanətlərin qəbulu, verilişi. □ Əmanət kassası - əhalinin artırıb yığdığı pulları müəyyən imtiyazlarla qoruyub saxlayan maliyyə müəssisəsi. Pulunuzu əmanət kassasına qoyun. Əmanət kassası kitabçası. Əmanət kassasından pul götürmək.
Bax amanatabənd. Oturuşu o qədər əmanətdi ki, balaca bir təkanla onu arxası üstə aşırmaq olardı. Ə.Əbülhəsən.
nida köhn. Allah eləməsin. Əmanət, əmanət, dəyməsin ara; Düşməsin ədavət bir də dübara. Q.Zakir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed