
ƏMƏKGÜNis. tar. İşçilərin əməyini hesablama vahidi. Kərim işləyən, öz işinin haqq-hesabını çox yaxşı bilən, bir əməkgününü itirməyən, əyriliyə qarşı vuruşan bir adam idi. S.Rəhimov. [Qulu:] Deyirəm, Cimi, vicdanın olsun, elə elə ki, mən də sənə əməkgünü yazanda utanıb tər tökməyim. İ.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|